Camaldağ MMC

CAMALDAĞ

Qaz təsərrüfatı, istilik-soyutma sistemləri, havalandırma və mühəndis kommunikasiya xətlərinin layihələndirilməsi və icrası sahəsində peşəkar həllər təqdim edir.

2016 İldən Təcrübə
Tam Kompleks Xidmət
Peşəkar Mühəndis Heyəti
Standart Təhlükəsiz Həllər

Əsas İstiqamətlər

Qazlaşdırma, layihələndirmə, sənədləşdirmə və mühəndis-texniki həllər üzrə kompleks xidmətlər göstəririk.

🏛️

Haqqımızda

Camaldağ MMC qaz təsərrüfatı, istilik-soyutma sistemləri, havalandırma və mühəndis kommunikasiya xətlərinin layihələndirilməsi və icrasında ixtisaslaşmışdır.

Daha ətraflı →
⚙️

Fəaliyyətimiz

Qaz xətlərinin çəkilməsi, qazanxanaların quraşdırılması, havalandırma, isitmə-soyutma və su təchizatı sistemləri üzrə peşəkar icra həyata keçiririk.

Daha ətraflı →
📐

Layihələr

Müxtəlif sənaye, kommersiya və yaşayış layihələrində uğurla iştirak etmiş, fərdi və korporativ müştərilər üçün etibarlı həllər təqdim etmişik.

Daha ətraflı →
🔄

İcrada Olanlar

Layihələndirmədən tam icraya qədər bütün mərhələlərdə operativ, məsuliyyətli və təhlükəsiz yanaşma ilə xidmət göstəririk.

Daha ətraflı →
Bizimlə əlaqə saxlayın

Haqqımızda

CAMALDAĞ MMC haqqında ətraflı məlumat üçün alt bölmələrlə tanış olun.

👥

Biz kimik

Qaz təsərrüfatı və mühəndislik sahəsində ixtisaslaşmış fəaliyyətimiz, missiyamız və vizyonumuz haqqında məlumat alın.

Keçid et →
🤝

İdarə Heyəti

Şirkətimizin rəhbər heyəti və peşəkar idarəetmə yanaşması ilə tanış olun.

Keçid et →
📋

Şirkət Siyasəti

Keyfiyyət, təhlükəsizlik, məsuliyyət və peşəkar davranış prinsiplərimiz.

Keçid et →

Biz kimik

Qazlaşdırma və mühəndislik sahəsində etibarlı təcrübə.

Şirkətimiz haqqında

Camaldağ MMC qaz təsərrüfatı, istilik-soyutma sistemləri, havalandırma və mühəndis kommunikasiya xətlərinin layihələndirilməsi və icrası sahəsində ixtisaslaşmış şirkətdir.

Fəaliyyətimiz yalnız qaz xətlərinin çəkilməsi ilə məhdudlaşmır — ilkin texniki həll, layihələndirmə, ekspertiza, quraşdırma, montaj, sənədlərin təsdiqi və obyektin tam istifadəyə verilməsinə qədər bütün mərhələləri peşəkar şəkildə idarə edirik.

İllər ərzində qazandığımız təcrübə bizi həm fərdi müştərilər, həm də iri müəssisələr üçün etibarlı tərəfdaşa çevirib.

Missiya & Vizyon

MİSSİYAMIZ

Müştərilərimizi təhlükəsiz, dayanıqlı və müasir mühəndislik həlləri ilə təmin etmək, qaz və texniki infrastruktur layihələrində keyfiyyətli xidmət göstərərək onların etibarını qazanmaq.

VİZYONUMUZ

Azərbaycanın qazlaşdırma və mühəndislik sahəsində ən etibarlı və innovativ şirkətlərindən birinə çevrilmək, sektorda keyfiyyət standartlarını müəyyən edən şirkət olmaq.

İdarə Heyəti

Şirkətimizin rəhbərlik strukturu və peşəkar idarəetmə komandası.

Komandamız

Ruslan Kamil oğlu Hüseynov

Ruslan Kamil oğlu Hüseynov

İcraçı Direktor

“Camaldağ” MMC-nin ideya müəllifidir. Azəriqaz və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti sahəsində məsul vəzifələrdə çalışıb. Şirkətin yarandığı gündən icraçı direktor vəzifəsini icra edir.

Kamil Mirələm oğlu Hüseynov

Kamil Mirələm oğlu Hüseynov

Təsisçi Direktor

1984-1996 illərdə “Məhsul” Cəmiyyətinin yerli bölməsinin rəhbəri,müəllim,Dəvəçi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmış.19.07.2016 - cı ildə “Camaldağ” MMC-ni təsis etmişdir.Bu günə kimi Şirkətin ümumi fəaliyyətinə rəhbərlik və nəzarət edir.

Altay Saday oğlu Səmədov

Altay Saday oğlu Səmədov

Baş Mühəndis

“Az İnşaat Layihə” QSC-də iş icraçısı kimi çalışıb. Hazırda şirkətimizdə baş mühəndis olaraq işlərin icrasına və keyfiyyətə nəzarət proseslərinə rəhbərlik edir.

Məhəmməd Fəzail oğlu Qurbanov

Məhəmməd Fəzail oğlu Qurbanov

İcraçı Direktorun Müavini

“Metan 2003” şirkətində iş icraçısı kimi çalışıb. Bakı Olimpiya Stadionu, Trump Tower, Gənclik Mall və Port Baku layihələrinin qazlaşdırılması üzrə geniş sahə təcrübəsinə malikdir.

Tahir Ramiz oğlu Zeynalov

Tahir Ramiz oğlu Zeynalov

Layihələr üzrə Baş Mühəndis

1991–1993-cü illərdə NİL-4 laboratoriyasında mühəndis, 1993–2005-ci illərdə qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasında assistent kimi çalışmışdır. Daha sonra “Azmemarlayihə”, “Azkommunlayihə”, “Murad MMC”, “Global Services” MMC, “Az İnşaat Layihə” QSC və “Star Layihələndirmə TQ” QSC-də mühəndis vəzifələrində fəaliyyət göstərmişdir.

Şirkət Siyasəti

Fəaliyyətimizi istiqamətləndirən prinsiplər və standartlar.

Keyfiyyət Siyasəti

  • Bütün xidmətlərdə keyfiyyət, dəqiqlik və uzunömürlü nəticə əsas prioritetimizdir
  • Layihələndirmə, quraşdırma və montaj mərhələləri peşəkar prosedurlarla idarə olunur
  • Müştəri tələbləri diqqətlə öyrənilir və obyektə uyğun texniki həll seçilir
  • Görülən işlərin keyfiyyəti və icra ardıcıllığı şirkətdaxili nəzarətdə saxlanılır
  • Müasir texnologiyaların tətbiqi və xidmət dairəsinin genişləndirilməsi əsas hədəflərimizdəndir

Məsuliyyət Siyasəti

  • İş prosesində ətraf mühitə və ətraf ərazilərə zərər verməmək əsas prinsiplərimizdəndir
  • Qazlaşdırma və mühəndislik işləri təhlükəsiz və səliqəli icra qaydalarına uyğun aparılır
  • İstifadə olunan material və avadanlıqlar keyfiyyət və davamlılıq prinsiplərinə əsasən seçilir
  • İş sahəsində nizam-intizam və məsuliyyətli yanaşma qorunur
  • Hər layihədə müştəri təhlükəsizliyi və ictimai məsuliyyət nəzərə alınır

Təhlükəsizlik Siyasəti

  • Qazlaşdırma və texniki infrastruktur işlərində təhlükəsizlik standartları prioritet hesab edilir
  • İşə başlamazdan əvvəl obyektin texniki vəziyyəti və mümkün risklər qiymətləndirilir
  • Montaj və quraşdırma prosesində peşəkar avadanlıq və uyğun materiallardan istifadə olunur
  • İş sahəsində nizam-intizam, məsuliyyət və təhlükəsiz icra prinsipləri qorunur

Etika Siyasəti

  • Şəffaflıq, dürüstlük və hesabatlılıq əsas dəyərlərimizdir
  • Görüləcək işlər, qiymətləndirmə və icra mərhələləri müştəriyə aydın şəkildə izah edilir
  • Bütün xidmətlər razılaşdırılmış şərtlərə və qanunvericiliyin tələblərinə uyğun aparılır
  • Əməkdaşlıq prosesində qarşılıqlı etimad və peşəkar davranış əsas prinsip kimi qorunur

Fəaliyyətimiz

Şirkətimizin əsas iş istiqamətləri.

🔥

Qazanxana

Qazanxanaların quraşdırılması və montajı, təzyiq altında işləyən qazan və tutumların quraşdırılması və təmiri üzrə texniki həllər.

Qazlaşdırma

Fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri, yüksək mərtəbəli binalar və magistral boru kəmərləri üzrə qazlaşdırma xidmətləri.

📐

Layihələndirmə

Qaz işçi layihələrinin hazırlanması, layihə-smeta sənədləri, ekspertiza və aidiyyəti dövlət qurumlarında təsdiqlənmə prosesləri.

Qazanxana

Qazanxanaların quraşdırılması, montajı və servis dəstəyi.

Qazanxana Xidmətləri

Camaldağ MMC qazanxanaların quraşdırılması və montajı, təzyiq altında işləyən qazan və tutumların quraşdırılması və təmiri üzrə peşəkar xidmət göstərir.

İstilik sistemlərinin quraşdırılması, isitmə-soyutma və havalandırma həlləri, həmçinin su təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılması xidmətlərimizə daxildir.

Layihələndirmədən icraya qədər bütün mərhələlərdə təhlükəsiz, dayanıqlı və obyektin texniki tələblərinə uyğun həllər tətbiq olunur.

Xidmət Sahələri
🔥 Qazanxanaların quraşdırılması və montajı
💧 İstilik və isti su sistemləri
⚙️ Havalandırma sistemləri
🔧 Texniki xidmət və servis dəstəyi
📊 Su təchizatı sistemləri

Qazlaşdırma

Qaz infrastrukturu — layihədən istismara.

Qazlaşdırma Xidmətləri

Fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərinin və yüksək mərtəbəli binaların qazlaşdırılması üzrə layihələndirmədən icraya qədər kompleks xidmət göstəririk.

Magistral boru kəmərlərinin, yerüstü və yeraltı qaz xətlərinin çəkilməsi, qaz kəmərlərinin layihələndirilməsi, yerlərinin dəyişdirilməsi və qaz sayğaclarının quraşdırılması əsas xidmətlərimizdəndir.

Sayğac quraşdırılması kodunun açılması və təbii qazla təmin edilmə prosesinin təşkili də müştərilərimiz üçün həyata keçirilən xidmətlər sırasındadır.

Texniki Göstəricilər
150+
Tamamlanmış layihə
100+
Layihə-smeta sənədləri
5K+
Sayğac quraşdırılması
200+
Abonent kodunun açılması

Layihələndirmə

Layihələndirmə və sənədləşdirmə xidmətləri.

Layihələndirmə Xidmətləri

Camaldağ MMC qaz işçi layihələrinin hazırlanması, layihələrin ekspertizadan keçirilməsi və layihə-smeta sənədlərinin tərtibi üzrə xidmətlər göstərir.

Tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, texniki həllərin hazırlanması və sənədlərin aidiyyəti dövlət qurumlarında təsdiqlənməsi proseslərini idarə edirik.

Hər layihə obyektin texniki vəziyyəti, təhlükəsizlik tələbləri və müştəri ehtiyacları nəzərə alınmaqla hazırlanır.

Layihə Mərhələləri

01
İlkin Baxış
Obyektin texniki vəziyyətinin və müştəri tələblərinin qiymətləndirilməsi
02
Texniki Həll
Qaz xətti, qazanxana və mühəndis sistemləri üzrə uyğun həllin hazırlanması
03
Layihə Sənədləri
İşçi layihə, layihə-smeta sənədləri və təsdiq prosesinə hazırlıq
04
Texniki Nəzarət
İcra prosesinin layihəyə uyğun aparılması və yekun təhvilə hazırlıq

Layihələr

Tamamladığımız layihələrdən bəziləri.

Layihə Portfoliosu

01

Azərsun Holding — İmişli Şəkər Zavodu

Qazlaşdırma və mühəndislik işləri üzrə tamamlanmış layihə.

Tamamlandı
02

Azərsun Holding — Masazır Duz Zavodu

Qaz infrastrukturu üzrə tamamlanmış layihə.

Tamamlandı
03

Azman Holding — Manqal Restoranı

Qaz xətti və texniki həllər üzrə tamamlanmış layihə.

Tamamlandı
04

Azman Holding — 1288 Mənzilli Metropark Yaşayış Kompleksi

Yaşayış kompleksi üzrə qazlaşdırma işləri tamamlanmışdır.

Tamamlandı
05

Xankəndi Şəhəri — Tikiş Fabriki

Obyektin qaz infrastrukturu üzrə tamamlanmış layihə.

Tamamlandı
06

Bakı şəhəri, Nəsimi rayonu — Özbəkistan Səfirliyi

Qazlaşdırma və texniki işlər üzrə tamamlanmış layihə.

Tamamlandı
07

Yasamal rayonu — Royalpark Xüsusi Yaşayış Sahəsi

Yaşayış sahəsi üzrə qazlaşdırma işləri tamamlanmışdır.

Tamamlandı
08

Xəzər rayonu — Amburan İstirahət Mərkəzi

İstirahət mərkəzi üzrə qaz infrastrukturu işləri tamamlanmışdır.

Tamamlandı

İcrada Olanlar

Hazırda icrası davam edən layihələrimiz.

İcrada Olan Layihələr

Sitalçay qəsəbəsində dövlət əhəmiyyətli strateji obyektlərin qazlaşdırılması

Sitalçay qəsəbəsində tikintisi davam edən dövlət əhəmiyyətli strateji obyektlər üzrə qazlaşdırma işləri.

Tamamlanma60%

Yevlax şəhərində Sahibsiz İtlərin Reabilitasiya Mərkəzi

Yevlax şəhərində yerləşən Sahibsiz İtlərin Reabilitasiya Mərkəzi üzrə qazlaşdırma və texniki işlər.

Tamamlanma40%

Əlaqə

Bizimlə əlaqə saxlamaq üçün aşağıdakı kanallardan istifadə edin.

Bizimlə Əlaqə Saxlayın

Suallarınız, təklifləriniz və ya əməkdaşlıq sorğuları üçün aşağıdakı əlaqə məlumatlarından istifadə edin. Ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.

📍
Ünvan

Firuz Qəmbərov 45

📞
Telefon

+994 50 284 70 70

✉️
E-poçt

info@camaldag.az

🕐
İş Saatları

Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Şənbə: 09:00 – 13:00

💬 WhatsApp-a yazın
Böyüdülmüş şəkil